Rusiyanın Çelyabinsk şəhərində “Lexus” markalı avtomobil “Mitsubishi Pajero” ilə toqquşması nəticəsində 4 nəfər ölüb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə mayın 8-i şəhərin şərqində, avtomobil yolunun 35-ci kilometrliyində qeydə alınıb. Bu barədə RF-nın DİN regional qrupunun Çelyabinsk üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, qəzanın şiddətində “Lexus” yoldan çıxaraq yanmağa başlayıb.
İnsidentlə bağlı araşdırmalar aparılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man