Almaniyada yük maşınının sərnişin qatarı ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin Şlezviq-Qolşteyn federal torpaqlarında baş verib. Bu barədə “NDR” teleradio şirkəti məlumat yayıb.
Yaralılar arasında 5 nəfərin vəziyyəti ağırdır. Onlar helikopterlə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man