Tərtərdə polisin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 4-də Bərdə-Tərtər yolunda qeydə alınıb. Dəmirlər kənd sahə polisi Rasim Əlizadənin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili "VAZ 2106" ilə toqquşub.
Nəticədə hər iki maşının sürücüsü yüngül xəsarət alıb, “07”nin qadın sərnişini isə başından aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə, R.Əlizadə maşını etibarnamə olmadan idarə edib və qəza baş verən vaxt xidmət başında olub.
Hazırda işlə bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man