Filippində avtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər ölüb, 70 nəfər isə xəsarət alıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident mayın 7-si ölkənin şimalında Keson ştatında qeydə alınıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qəzaya səbəb Keson ştatı istiqamətinə hərəkət edən avtobusun ötmə əməliyyatını yerinə yetirən zaman qarşı yoldan gələn yük maşını ilə toqquşması olub.
Polis idarəsində bildirilib ki, qəzada yük maşınında olan sürücü və bir nəfər, həmçinin, avtobusda olan 1 sərnişin hadisə yerində ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man