Xilasedicilər Meksikada qəzaya uğrayan təyyarənin qalıqlarını tapıblar.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Bombardier Challenger 601” təyyarəsi ölkənin Koauila ştatının Monklova bələdiyyəsinə məxsus dağlıq ərazidə tapılıb, bu barədə “Reforma” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə nəticəsində 3 ekipaj üzvü və 11 sərnişin ölüb.
***21.04***
Meksikada göyərtəsində 3 ekipaj üzvünün və 11 sərnişinin olduğu özəl təyyarə qəzaya uğrayıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Bombardier Challenger 601” təyyarəsi ölkənin Koauila ştatının Monklova bələdiyyəsinə məxsus dağlıq əraziyə düşüb, bu barədə mayın 6-sı “Info 7” portalı məlumat verib.
İlkin məlumatlara görə, göyərtədə olan 3 ekipaj üzvü və 11 sərnişinin taleyi barədə hələlik məlumat verilmir.
Qeyd edilir ki, qəzaya uğrayan təyyarənin sərnişinləri ABŞ-ın Las-Veqas şəhərində boks yarışına baxmaqdan, Meksikanın Monterrey şəhərinə qayıdırlarmış.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man