Azərbaycanda pərdə-plyonkaya görə cərimə ləğv edildi? – DYP-dən açıqlama

Nəqliyyat xəbərləri 06 May 2019 | 17:56
OXUNUB: 18215

Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka vurulmasına cərimə yazılmasının ləğvi barədə xəbərlər yayılıb. Avtosfer.az-ın məlumatına görə, yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, həqiqətən də son günlər belə şaiyələr yayılmaqdadır. Lakin bunun heç bir əsası yoxdur: “Hansısa cərimənin ləğvindən söhbət gedə bilməz. Sadəcə olaraq, mayın 1-dən noyabrın 15-dək minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan ötüklərin çəkilməsinə icazə verildiyi üçün bu əmələ görə cərimə yazılmır. Digər hallarda, yəni tünd örtüklər, eləcə də plyonka vurulduqda sürücülər məsuliyyətə cəlb olunacaqlar. Sürücülərə müraciət edərək bildiririk ki, yayılan şaiyələrə inanmasınlar, qanun dəyişməyib, qaydalara əməl etmək lazımdır”.
Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a bildirdi ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur: “Lakin hansısa cərimənin və ya maddənin ləğv edilməsi yalnız qanunla tənzimlənir. Milli Məclisdə belə bir qanun qəbul edilmədiyi üçün DYP-nin bort-komputerlərindən hansısa cərimənin silinməsi inandırıcı deyil. Amma ola bilsin gələcəkdə bu məsələyə parlamentdə baxılsın”.

 

Elməddin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man