Nigeriyanın Niamey şəhərində yanacaq daşıyan yük maşının partlaması nəticəsində 56 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “ActuNiger” portalı məlumat yayıb.
İnsident mayın 6-sı gecə saatlarında, şəhər aeroportu yaxınlığında yanacaq daşıyan avtosisterninin aşması səbəbindən baş verib.
Qəzadan sonra yerli sakinlər, əsasən də qadınlar və uşaqlar ətrafa tökülən yanacağı yığmağa başlayıblar və bir neçə dəqiqədən sonra partlayış olub.
Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man