Salyandakı qəzada həyatını itirənlərdən biri məmur imiş

Yol qəzaları 05 May 2019 | 20:05
OXUNUB: 1002

Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 90-cı km-də iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Cəlilabad rayon sakini Məmməd Vəkil oğlu Məmmədovun idarə etdiyi 15 BP 933 dövlət nömrə nişanlı "Hundai Tucson” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib.

"Hundai-Tucson”un sürücüsü, 47 yaşlı Məmməd Məmmədov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsində ümumi şöbənin müdiri işləyirmiş.

Xatırladaq ki, qəzada onun sərnişini də dünyasını dəyişib. Avtomobildəkilərin Salyana balıq ovuna getdikləri deyilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man