Qazaxıstanda dizel yanacağı daşıyan qatar relsdən çıxaraq aşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “zakon.kz” portalı məlumat yayıb.
Portalın məlumata görə, hadisə mayın 5-i yerli vaxtla saat 1.55-də “Akkol” stansiyasında baş verib.
Bildirili ki, 8 vaqondan 5-i aşıb, yanacaq əraziyə axıb.
İnsident nəticəsində ölən və ya xəsarət alan olmayıb.
İlkin məlumatlara görə, qəzaya vaqonların birində yan çərçivəsinin qırılması səbəb olub.
Qəzanın detalları müəyyənləşdirilir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man