Avtomobilin vurduğu piyada başqa maşının altında can verdi – FOTO

Yol qəzaları 05 May 2019 | 07:26
OXUNUB: 813

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Bayıl qəsəbəsi ərazisi, Bayıl şossesində baş verib. 1934-cü il təvəllüdlü Məmmədov Cəmil Məlik oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidə yolu keçərkən onu “Chevrolet” markalı avtomobil vurub. Zərbənin təsirindən C.Məmmədov “Hyundai” markalı digər avtomobilin yoluna düşüb və onun təkərləri altında qalıb. Nəticədə C.Məmmədov hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qəzada iştirak edən hər iki sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, istintaq araşdırmaları aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man