Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, Goranboy sakini Sakit Verdiyevin idarə etdiyi “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, Sakit Verdiyev Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man