Hollandiyada bu maşınların istifadəsi qadağan edilir - Səbəb

Nəqliyyat xəbərləri 03 May 2019 | 12:08
OXUNUB: 1144

Hollandiyada benzin və dizellə işləyən avtomobillərin istifadəsinə qadağa qoyulacaq. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, qərar hələ ki paytaxt Amsterdam üçün keçərli olacaq. Ətraf mühit və havanın çirklənməsi yanlış qidalanma və hərəkətsizlikdən sonra sağlamlığa təhdid olaraq üçüncü səbəb kimi göstərilir. Məhz təbiətin qorunmasına görə dizel və benzin motorlu avtomobillər 2030-cu ilə qədər paytaxtdan tamamilə yığışdırılacaq.

Hollnadiya mətbuatı qərarın bu ayın sonunda şəhər şurasında müzakirə ediləcəyini açıqlayıb. Qərar çərçivəsində ilkin mərhələdə 2020-ci ilə qədər 15 il fəaliyyət göstərmiş avtomobillərin istifadəsinə qadağa qoyulacaq. Daha sonra bu kateqoriyada olan bütün avtomobillər yollardan yığışdırılacaq.

Alternativ olaraq elektirklə işləyən avtomobillərin istifadəsinə icazə veriləcək.

Qeyd edək ki, Hollandiyada əhalinin əsas nəqliyyat vasitəsi velosipeddir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man