Piyadanı vuran “Range Rover”in sürücüsü sərbəst buraxıldı

Yol qəzaları 03 May 2019 | 11:52
OXUNUB: 985

Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü azadlığa buraxılıb. Avtosfer.az-ın “Qafqazinfo”a istinadən verdiyi xəbərə görə, aprelin 30-u saat 22 radələrində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və S.Məmmədov hadisə yerindən qaçıb.

Nizami rayon məhkəməsi hadisə yerindən qaçdığı üçün Seyhun Məmmədovu həbs edib, piyadanı vurub onun maşınının altına atan və hadisə yerində qalan Mahir Əsədovu isə sərbəst buraxıb.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man