Danışıqlardan imtina İrəvan, o cümlədən Paşinyanın özü üçün acınacaqlı olacaq - EKSPERT

01 Fevral 2019 | 12:59
OXUNUB: 3141
"İndiki vəziyyətdə Paşinyanın Qarabağ danışıqlarından birdəfəlik imtina etməsi məsələsi doğru olmadığı kimi, mümkün də deyil”
 
Sfera.az-a açılamasında bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın "Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək”lə bağlı səsləndirdiyi fikri və bu əsasda da onun danışıqlardan imtina etdiyi barədə proqnozlara münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Çünki, həmsöhbətimizə görə, bunun baş verməsi Ermənsitanı daha ciddi fəlakətlərə gətirib çıxardacaq və Paşinyan özü də bunu bilir: 
 
"Ermənistan baş naziri Paşinyan bu fikri son zamanlar yeni hökumətin Dağlıq Qarabağ məsələsində güzəştə gedəcəyilə bağlı deyilən fikirlər kontekstində səsləndirib. Yəni bu fikrini onun qətiyyən Qarabağla bağlı danışıqlardan imtina etməsi kimi dəyərləndirmək doğru olmaz. Sadəcə, Paşinyan iddia edilən fikirləri təkzib edərək, indiyə qədər mövcud olmayan yeni bir danışıqlar forumunun olduğundan söhbət edir. Açığı yeni danışıq formulu deyəndə nəyi nəzərdə tutduğunu bildirməsə də, Sarkisyan dönəmində bu yöndə danışıqların olmadığı və tamamilə yeni bir danışıqların olduğunu iddia edib. 
Bundan əvvəl verdiyi açıqlamasını da nəzərə alanda, Paşinyanın danışıqlardan imtina etmək, sadəcə sülh əvəzinə ərazilərin qaytarılması deyil, fikrimcə, ərazilərin qaytarılması fonunda Ermənistanın qlobal layihələrə qoşulması məsələsi müzakirə obyektidir. Paşinyan bildirmişdi ki, regiondakı qlobal layihələrin Ermənistandan keçməsində maraqlıdır. Dolayısı ilə, bu fikirlə Cənub Qaz Dəhlizi kimi layihələrin gələcəkdə Ermənistandan keçməsində İrəvan hökumətinin nə qədər maraqlı olduğunu ortaya qoymuş olur. Yoxsa ki, başqa bir yeni formulun olması barədə iddia etmək o qədər də doğru deyil. İndi müzakirə obyekti olan plan da əvvəlki Madrid prinsiplərindən heç o qədər də fərqli deyil. Dağlıq Qarabağ probleminin mərhələli həll çərçivəsində həlli planı müzakirə olunur.  Əks təqdirdə, Azərbaycan Ermənistanla bu müzakirəni etməzdi. Çünki, Sarkisyan dönəmində olduğu kimi hər şeyin eyni anda razılaşdırılması tələbi 26 il ərzində uğursuzluğa uğrayıb. Ən azından Qarabağ ətrafı 7 rayonun qaytarılması mümkün olmadıqca, sözügedən ərazinin son statusunun müəyyənləşməsi mümkün olan iş deyil. İstənilən münaqişə mütləq mənada mərhələ-mərhələ həll olunmalıdır ki, ən azından prosesi tədricən irəliyə doğru daşımaq mümkün olsun. O baxımdan Paşinyan ola bilsin bu məsələni nəzərdə tutub. Yəni Sarkisyan dönəmində mərhələli həll planına razılıq verilmirdisə, Paşinyanın dövründə artıq mərhələli həll planı müzakirə obyektidir. Söhbət yalnız bundan gedə bilər. 
Yoxsa ki, Paşinyanın indiki vəziyyətdə Qarabağ danışıqlarından birdəfəlik imtina etməsi məsələsi doğru olmadığı kimi, mümkün də deyil. Çünki onun nəticəsi İrəvan üçün olduqca acınacaqlı olacaq”.
 
N. Miri qeyd etdi ki, danışıqların dayandırılması ilə Azərbaycan hərbi əməliyaytlara başlayacaq:
"Azərbaycan danışıqlar olmadığı təqdirdə, hərbi əməliyatlara başlaya bilər ki, bu da indiki vəziyyətdə Paşinyan hökuməti üçün heç də arzuolunan məsələ deyil. İkincisi, indilikdə qeyri-müəyyən olsa da, ABŞ-ın "Bolton planı” deyilən bir planda ortaya gətirilib. Bu isə onu göstərir ki, Vaşinqton məsələ ətrafında aktivləşərək, prosesi öz nəzarətinə götürmək istəyir. Onun nəticəsidir ki, Rusiya tərəfindən bu yöndə müəyyən qıcıqların şahidi oluruq. Paşinyan anlayır ki, indiki şəraitdə sülh danışıqlarından birdəfəlik imtina olunması ABŞ-ın Ermənistan əleyhinə mövqe tutmasına gətirib çıxara bilər. Bu da ondan maliyyə yastığı gözləyən Paşinyan üçün heç də arzuolunan deyil.       

Qeyd edək ki, bu günlərdə açıqlamaların birində Ermənsitan baş naziri Nikol Paşinyan bəyan edib ki,
Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək”. Bu isə o onlama gəlir ki, əslində Paşinyan danışıqlar prosesindən ümumiyyətlə imtina edir. Belə ki, aparılan danışıqların təməlində məhz işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qoşunların çıxarılması durur. Bu amili nəzərə alaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da bildirib ki, Paşinyanın məntiqini anlamaq çətindir:
 
"Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması tələbi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”
 
ELÇİN

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man