ABŞ-ın Oklahoma ştatında tək mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, hadisə Oklahoma və Texas ştatları sərhədində yerləşən Qastinqs yaşayış məntəqəsində qeydə alınıb, bu barədə ABŞ HHQ-nin Texas ştatındakı Şeppard hərbi bazasının “Twitter” səhifəsində məlumat dərc olunub.
Məlumatda bildirilir ki, “T-6 Texan II” mayın 1-i yerli vaxtla saat 14.00-da Oklahoma ştatının Qastinqs yaşayış məntəqəsinin cənub-qərbində qəzaya uğrayıb. Hər iki ekipaj üzvü katapult olunublar və bazaya qaydıblar. İnsident təlim uçuşu zamanı baş verib”.
Həmçinin qeyd edilir ki, fövqəladə xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar və qəzanın baş vermə səbəbləri araşdırılır.
Hakimiyyət orqanları əhalidən təyyarənin qalıqlarının tapılması istiqamətində köməklik göstərmələrini xahiş edib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man