Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gecə paytaxtın Yasamal rayonu, Moskva prospekti 80 ünvanının qarşısında baş verib.
Gecə saat 04 radələrində Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Hikmət Gülağa oğlu naməlum avtomobil tərəfindən vurulub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man