Yol polisləri iki azyaşlını kanalda boğulmaqdan xilas etdi- Ceyranbatanda

İctimai nəqliyyat 30 Aprel 2019 | 15:49
OXUNUB: 1922

Dünən Samur-Abşeron kanalının Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki azyaşlı uşaq kanalda boğulmaq təhlükəsi ilə üzləşib. Avtosfer.az xəbər verir ki, uşaqlar futbol oynayan zaman top suya düşüb. Bəhlul və Qalib Məmmədov qardaşları topu götürmək üçün kanala yaxınlaşıb. Bu zaman onlardan biri suya düşüb. Digər qardaş ona kömək istəyən zaman o da kanala yuvarlanıb.

Yaxınlıqda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının 99 YP 753 dövlət nömrə nişanlı avtomobili ilə xidmət aparan "Saray" postunun serjantları Zaur Cəfərov və Ziya Kərimova yaxınlaşan yaşlı qadın uşaqların boğulduğunu bildirib. Dərhal hadisə yerinə gələn yol polisi əməkdaşları müxtəlif vasitələrdən istifadə edərək uşaqları xilas ediblər. Onlar suya düşərək boğulmaqda olan qardaşları çıxarıblar.

Hazırda uşaqların səhhəti normaldır. Hadisə yerinə gələn uşaqların valideynləri və ərazidə yaşayan sakinlər bu addıma görə polis əməkdaşlarına təşəkkür ediblər. YPX əməkdaşları isə bunun onların borcu olduğunu bildirərək hər bir vətəndaşa xidmət etməyə hazır olduqlarını vurğulayıblar. Eyni zamanda valideynləri ehtiyatlı olmağa, uşaqları nəzarətsiz qoymamağa çağırıblar.

Avtosfer.az-a açıqlama verən uşaqların arası Aşur Məmmədov bildirib ki, hazırda hər ikisinin səhhəti yaxşıdır. “Polis əməkdaşlarına təşəkkür edirəm. Sağ olsunlar ki, vaxtında müdaxilə ediblər. Bəlkə də gec olsaydı bədbəxt hadisə baş verərdi.”

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man