Hərbçimiz Vətənə medalla qayıtdı – FOTO

İctimai nəqliyyat 30 Aprel 2019 | 13:39
OXUNUB: 1033

Aprelin 22-dən 24-dək Ukraynanın Xarkov şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib.Yarışda ölkəmizin milli komandası da iştirak edib. Komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O,  çəkisi 85 kiloqramadək olan idmançılar arasında final mərhələsinə qədər  irəliləyərək gümüş medala sahib olub.
Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, polis mayoru Aydın Həşimov hazırlayıb.
Yeri gəlmişkən, hələ kiçik yaşlarında olarkən idmanın karate-Do növü ilə məşğul olmağa başlayan İlqar ilk uğurunu Bakıda keçirilən beynəlxalq turnirdə qazanıb. Daha sonra peşəkar idmanda nailiyyətlər əldə edib. O, ikiqat dünya çempionu, Avro-Asiya turnirinin qalibi, Dünya kubokunun sahibidir.
DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəflini qəbul edərək onu təbrik edib, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

 

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man