Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun 1-ci Mayak kəndində baş verib. Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə "Mercedes Benz" markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.
Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man