Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində olub.
“Toyota” markalı avtomobil yolun piyada üçün təyin olunmamış hissəsindən keçən 55 yaşlı Babayev Maisi vurub. Nəticədə kişi yerindəcə keçinib.
İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs yaxınlığda yerləşən şadlıq evindən çıxıb və sərxoş vəziyyətdə olub.
Hadisə yerinə Abşeron rayonu polis idarəsinin əməkdaşları cəlb olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man