BNA “Nəqliyyat Agentləri” könüllülük proqramına start verir

Yeniliklər 24 Aprel 2019 | 11:00
OXUNUB: 895

Əziz gənclər!

Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramına start verir. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, “Yol həyatdır” layihəsi çərçivəsində təşkil ediləcək “Nəqliyyat Agentləri” könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, 18 yaşı tamam olan, Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını 10 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Tərəfimizdən təlimatlandırıldıqdan sonra Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə sonda sertifikatlar təqdim ediləcək.

 

Namiq

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man