Çaqqal yol qəzasına səbəb oldu: 3 nəfər yaralanıb - Ağstafada

Yol qəzaları 24 Aprel 2019 | 07:01
OXUNUB: 2262

Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına çaqqal çıxıb.

Qazax rayonundan olan 1990-cı il təvəllüdlü sürücü Afiq Hacıyev heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun Qazax rayonundan olan sərnişinləri - 1988-ci il təvəllüdlü Qurbanov Elxan və 1991-ci il təvəllüdlü Hüseynova Günay müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man