Boliviyada sərnişin daşıyan avtobus dağ yolunda təxminə 100 metrlik hündürlükdən uçuruma yuvarlanıb.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə aprelin 21-dən 22-nə keçən gecə qeydə alınıb. Avtobus La Pas-Karanavi marşrutu üzrə hərəkət edirmiş.
Nəticədə 11 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb, bu barədə ABİ agentliyi yerli polisə istinadən məlumat yayıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man