Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsinin təmiri davam edir.
Küçənin uzunluğu 860 metr, ortalama eni 10.5 metr təşkil edir.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.
Küçəyə 2000 p/metr səki daşının düzülməsi artıq yekunlaşıb. Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edir. Artıq küçənin 450 metrlik hissəsi asfaltlanıb.
Küçəboyu zəruri yerlərdə yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması işləri davam edir.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3.5 km təşkil edən küçələr təmir edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man