Türkiyə və İranla quru sərhədlərinin bağlanmasına rəsmi REAKSİYA

Gündəm 01 İyul 2022 | 16:09
OXUNUB: 553

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir. 

Məsələ ilə bağlı İran İslam Respublikası səfirliyinin Mətbuat şöbəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edilib.

Bildiririlib ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır:

"İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur".

Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən quru sərhədləri 1 sentybara qədər bağlıdır:


“Dövlət Sərhədi Xidməti tərəfindən hazırda vətəndaşların dövlət sərhədindən buraxılışı Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixində 232 nömrəli qərara müvafiq olaraq müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man