Paytaxtın intensiv nəqliyyat axını olan prospektində avtoxuliqanlıq edən sürücünün görüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində “Khazar” markalı, 99-PR-460 dövlət nömrə nişanlı avtomobil digər avtomobillərin arasıyla yüksək sürətlə şütüyərək qəza şəraiti yaradıb. Sürətlə hərəkət edən avtomobilin arxasınca düşən digər maşının sürücüsü də qaydaları kobud şəkildə pozub. Hər iki sürücü qəzadan son anda xilas ola bilib. Belə ki, “Khazar”-in sürücüsü çox sıx məsafədən ötmə edərək “Skoda” markalı 90-UM-431 nömrəli avtomobili keçə bilib. Hadisəni lentə alan avtomobilin sürücüsü isə xoşbəxtlikdən vaxtında sürəti azaldıb.
Görüntüləri təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man