17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı - FOTO

21 İyun 2022 | 12:29
OXUNUB: 532

Lənkəranda dələduzluq edən qadın saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Lalə Zeynalova rayonda vətəndaşları aldadaraq pullarını ələ keçirib. Araşdırmalar zamanı məlum olub ki, L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə ayrı-ayrı məbləğlərdə pulu mənimsəyib.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi əməliyyatla həmin qadın saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əvvəllər də Bakıda etdiyi analoji cinayət əməllərinə görə axtarışda olduğu müəyyən olunub. Həmin qadının digər şəhər və rayonlarda da bənzər cinayətlərdə iştirakı istisna edilmir.

L.Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.

 


 Bizi Twitterdə izləyin


  


 



 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man