Rusiyalı pilot "Formula 1" komandasını məhkəməyə verib

21 İyun 2022 | 13:09
OXUNUB: 555

"Formula 1"in rusiyalı keçmiş pilotu Nikita Mazepin "Haas" komandasını məhkəməyə verib.

Avtosfer.az-ın məlumatına görə, 23 yaşlı sürücü sabiq komandasının ona maaş borcu qaldığı üçün bu addımı atıb.

"Haas" Mazepinlə müqaviləni Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar pozub. Pilot bildirib ki, yollarını ayırdığı vaxt bu il üçün maaş borcu qalıb və hələ də ödənilməyib. Onun fikrincə, komanda müqavilə öhdəliklərini yerinə yetirməyib.

Digər tərəfdən, Mazepin "Haas"la titul sponsoru, atası Dmitri Mazepinə məxsus "Uralkaliy" şirkətinin də müstəqil müqaviləsinin olduğunu xatırladıb: Titul sponsoru ilə müqavilənin pozulmasının komandadakı gələcəyimə birbaşa təsiri olmayıb. Yəni, onlar ayrılıqda iki qərar qəbul ediblər. Mən öz pulumu görməmişəm. Buna görə də məhkəməyə üz tuturuq. Bu, mənim şəxsi işimdir. Artıq sənədlər verilib".

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man