Çindən Avropaya "Orta Dəhliz"lə ilk qatar Bakı Limanından yola salındı

16 İyun 2022 | 16:18
OXUNUB: 387

Çinin Çendu şəhərindən "Orta Dəhliz" vasitəsi ilə Avropaya göndərilən ilk blok qatar Bakı Limanından yola salınıb. 

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib. 

“Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən "Orta Dəhliz"dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə Bakı Limanına çatıb.

İki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb.

Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək" – deyə Həbibli qeyd edib 
Bildirilib ki, layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-in təşkilatçılığı çərçivəsində, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra edilir. 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man