Bakıda yenə qanunsuz parklanma yeri salındığı iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.
Belə ki, iddialara görə, paytaxtın Yasamal rayonun Ələsgər Ələkbərov küçəsində piyada səkisi dağıdılaraq parklanma sahəsi ayrılıb.
Piyadalar üçün nəzərdə tutulan səki isə üç dəfəyə qədər daraldılıb.
Məsələ ilə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə kommunikasiya xətləri ilə bağlı qazıntılar aparılıb:
“Ərazidə parklanma yaradılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Sözügedən ərazidə kommunikasiya xətləri ilə bağlı işlər yekunlaşdıqdan sonra asfalt örtüyü bərpa ediləcək”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man