Bakıda daha bir qanunsuz parklanma yeri salınır? - FOTO

16 İyun 2022 | 15:09
OXUNUB: 863

Bakıda yenə qanunsuz parklanma yeri salındığı iddia edilir. 

Avtosfer.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb. 

Belə ki, iddialara görə, paytaxtın Yasamal rayonun Ələsgər Ələkbərov küçəsində piyada səkisi dağıdılaraq parklanma sahəsi ayrılıb. 

Piyadalar üçün nəzərdə tutulan səki isə üç dəfəyə qədər daraldılıb.

Məsələ ilə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə kommunikasiya xətləri ilə bağlı qazıntılar aparılıb:

“Ərazidə parklanma yaradılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Sözügedən ərazidə kommunikasiya xətləri ilə bağlı işlər yekunlaşdıqdan sonra asfalt örtüyü bərpa ediləcək”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man