Bakı-Qazax magistral yolunda qəza baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı, KRN-10 tipli vakuum açarlarına dəyərək onu aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, rayonun - Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisi verilişi dayandırılıb.
Həmin kəndlərə elektrik enejisi verilişi hələ də bərpa olunmayıb.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man