İsmayıllıda qızıl mağazasında soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

16 İyun 2022 | 11:38
OXUNUB: 710

İsmayıllıda qızıl mağazasında soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən ona məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn tanımadığı bir nəfərin soyğunçuluq, yəni açıq talama yolu ilə 2 100 manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini deyib.

Müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı şəhərində saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Elbəy İmanov boyunbağını paytaxtda satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man