Bakıda iş adamı başqasını xilas edərkən ÖLDÜ - FOTO

16 İyun 2022 | 10:21
OXUNUB: 553

Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

Avtosfer.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar daxili orqanlarına su dolması səbəbindən vəfat edib.

Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man