İşğaldan azad olunmuş daha bir rayona avtobus işləyəcək - VİDEO

Gündəm 15 İyun 2022 | 20:45
OXUNUB: 1032

İşğaldan azad olunmuş daha bir rayona avtobus reysi açılacaq.

Avtosfer.az-ın məlumatına görə, iyunun 25-dən etibarən Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə veriləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov bildirib ki, işğaldan azad edilmiş ərazilərə ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işlər davam etdirilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində marşrutun keçəcəyi yollara baxış keçirilərək ziyarət yerləri müəyyənləşdrilib. Sübhan Əbilov qeyd edib ki,  marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri bəlli olub. Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. Səfərə çıxacaq avtobus sürücüləri ANAMA tərəfindən mina təhlükəsizliyi ilə bağlı təlimlərə də cəlb olunub. Bilet satışı yalnız onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən  yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala biləcəklər. Səfərə gediş-gəlişin qiyməti isə 18 manat 20 qəpik təşkil edəcək. Sektor müdiri vurğulayıb ki, sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Gələcəkdə ehtiyac yaranarsa, sözügedən istiqamət üzrə avtobus reyslərinin sayı artırıla bilər.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man