Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin qarşısı alındı

15 İyun 2022 | 21:59
OXUNUB: 1591

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə rəhbərliyinə qarşı hazırlanan terror aktının qarşısını alıblar.

Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mülki əhalidən müxtəlif şübhəli şəxslər haqqında məlumat alır və bu, əks-təxribat fəaliyyətinin həyata keçirilməsinə kömək edir. “Və məhz əməliyyat mənbələrimizdən alınan məlumatlar sayəsində biz dövlətimizin rəhbərliyinə qarşı terror aktının qarşısını ala bildik. Qələbədən sonra isə bu barədə daha çox şey söyləmək olar”, - deyə Yenin bildirib. Xatırladaq ki, bir müddət öncə “The Times” nəşri Rusiyanın genişmiqyaslı hərbi müdaxilənin başlamasından sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə üç sui-qəsd cəhdindən bəhs edib.

Mənbə: rbc.ua

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man