Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

Gündəm 14 İyun 2022 | 23:17
OXUNUB: 2159

13 iyun 2022-ci il tarixində kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

Avtosfer.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib. Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb. Xatırladaq ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində “İçərişəhər” DTMQ qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkildiyi bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man