Bakıda qayda pozan daha bir sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazidində baş verib. “Hyundai” markalı, 90 FL 006 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qayda pozuntusuna yol verib.
Bakıxanov küçəsindən Ceyhun Hacıbəyli küçəsinə daxil olan sürücü sağa dönmə siqnalı verib. Bu zaman arxadakı nəqliyyat vasitəsi ona yol verib. Lakin sürücü aldadıcı manevr edərək sağa – Vaqif küçəsinə yox, adacığın üstünə çıxaraq düzünə hərəkət edib. Eyni zamanda, sürücü avtobusu sağdan ötmüş sayılır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozub. Sürücünü 40 manat cərimə gözləyir.
Görüntüləri təqdim edirik:
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man