Bakıda qəza törədən türkiyəli pilot cərimələnib

14 İyun 2022 | 10:09
OXUNUB: 716

"Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu Cem Bölükbaşı Bakıda baş vermiş hadisəyə görə cərimələnib.

Avtosfer.az-ın məlumatına görə, buna 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşının və meneceri Temuçin Ünalpın DAMS komandasının qarajına gedərək israilli sürücü Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə etməsi səbəb olub.

İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub.

Qeyd edək ki, Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.

Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb. Pilot qarşıdakı yarışda mübarizəyə 3 sıra geridən başlayacaq.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man