“Windows”un yeni daxili mühafizə sistemi ilə virusa yoluxan təhlükəli kompüterlər bloklanacaq.
Söhbət “Microsoft Defender” antivirusunun yeni funksiyasından gedir. Məlum olub ki, təhlükəsizlik sistemi şəbəkəyə qoşulmuş bütün kompüterləri deyil, virusa yoluxan konkret kompüteri təcrid edəcək. Beləliklə, “Microsoft Defender” problem həll edilənə qədər şəbəkədəki digər cihazları zərərli proqramların yüklənməsindən qoruyacaq. Bu seçimin şirkətlərdə, müəssisələrdə texniki mütəxəssislər üçün faydalı olacağı qeyd olunur. O da bildirilir ki, yenilənmiş “Microsoft Defender” Windows 10, Windows Server 2019 və sonrakı versiyalarla işləyən bütün kompüterlər üçün əlçatandır.
Mənbə: BleepingComputer
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man