Naftalan, Goranboy və Xocalıdan olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

Gündəm 13 İyun 2022 | 19:32
OXUNUB: 728

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyun ayının 17-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Avtosfer.az xəbər verir ki, qəbul saat 11:00-da Naftalan şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarının sakinləri iştirak edə bilərlər.  Qəbula yazılmaq istəyənlərin Naftalan şəhəri “29 №-li Yol İstismarı”, Goranboy rayonu “23 №-li Yol İstismarı” və Xocalı rayonu “54 №-li Yol İstismarı” MMC-lərində  öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man