Kliniki Tibbi Mərkəzdən gəlib Bakıxanov küçəsinə dönəndə - Rusiya səfirliyinin yanında sağa daimi hərəkət var. Yəni, hərəkətin təşkili belədir. Vay o gündən ki, sağda bir avtobus dayansın, o zaman sıxlıq yaşanır. Amma Avtosfer.az-a göndərilən videodan aydın olur ki, sağa dönən sürücülər əziyyət çəkir. Bir qədər sonra məlum olur ki, “Hyundai” markalı avtomobilin sürücü sağa dönənlər üçün nəzərdə tutulan zolağı tam olaraq tutub. Dayanma-durma qadağan olunan yerdə maşını saxlayaraq ağacın kölgəsində dayanıb. Sürücülərdən biri etiraz etdikdə isə maşına yaxınlaşaraq bildirib ki, guya qəzaya düşüb, maşını yerindən tərpədə bilməz.
Bir daha belə sürücülərin diqqətinə çatdırırıq ki, yollarda belə rahatlıqdan əl çəkin. Yol sizin şəxsi mülkünüz deyil. İnsan nə qədər düşüncəsiz olsun ki, sağa dönmək üçün mövcud olan bir zolağı bağlayıb başqalarının yolunu kəsir və onları qayda pozmağa vadar edərək vaxtını alır.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man