“Azərlotereya” ASC "MMF 2022"nin baş sponsoru olub - FOTO

13 İyun 2022 | 17:35
OXUNUB: 674

Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru olan “Azərlotereya” ASC növbəti ölkə əhəmiyyətli tədbirdə uğurla təmsil edilib. Şirkət bu dəfə Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən “Milli Marketinq Forumu”na baş sponsor kimi qatılaraq layihəyə dəstək göstərib.

Forumda çıxış edən "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlu şirkətin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət sferasından bəhs edib. Bildirib ki, "Azərlotereya" ASC hər zaman insan kapitalının inkişafına yönələn layihələrin həyata keçirilməsində yaxından iştirak edir və bu baxımdan Milli Marketing Forumu önəmli tədbirlər sırasındadır.

Forumda fikir mübadiləsi zamanı vurğulanıb ki, hər zaman müasir trendlərlə ayaqlaşan “Azərlotereya" ASC şans oyunları həvəskarlarına əyləncəli və xoş zaman qazandırmaqla yanaşı Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

Qeyd edək ki, marketoloqlarla müzakirə fürsətinin yaradılması, yerli və xarici bazarda olan yeni tendensiyaların gündəmə gətirilməsini təşkil edən forum 2 gün davam edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man