Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb

13 İyun 2022 | 15:37
OXUNUB: 519

Şirvanda polis əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələnin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man