Bir neçə gündür “Azad qadın” heykəlinin ətrafı hasara alınaraq təmir-bərpa işləri aparılır. Bununla bağlı sosial şəbəkələrdə şəkillər yayılıb. Geniş müzakirələrə səbəb olan fotolara yazılan şərhlərdə hətta “Azad qadın” heykəlinin söküləcəyi də deyilir.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib:
“Bir neçə gün öncə ətrafı hasarlanan “Azad qadın” heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.
Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.
“Azad qadın” heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur”.
Bakı şəhər təmir-tikinti və kommunal xidmətlərindən isə “Qafqazinfo”ya bildirilib ki, heykəlin sökülməsi ilə bağlı heç bir qərar yoxdur:
“Həmin o ərazidə Bakı şəhər təmir-tikinti və kommunal xidmətləri tərəfindən təmir-abadlıq işləri aparılır. Sınmış qranit, mərmər və tamet daşları yenisi ilə əvəz olunur. Ərazi buna görə hasara alınıb, abadlaşdırılır və yeni şəkildə düzəldilir. Bundan başqa, panduslar quraşdırılır. Heykəlin sökülməsi ilə bağlı heç bir söhbət yoxdur”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man