Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb - FOTO - VİDEO

13 İyun 2022 | 10:49
OXUNUB: 460

Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkən ev sahibi Rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb.Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıbQaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıbQaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man