Zaqatalada yol polisləri şagirdlərin suallarını cavablandırıblar - FOTO

İctimai nəqliyyat 12 İyun 2022 | 15:47
OXUNUB: 999

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsi məqsədilə rayonun İsmət Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DYPB-nin əməkdaşları yol hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə şagirdlərə ətraflı məlumat veriblər.Təhsil müəssisələrində belə görüşlər keçirməkdə əsas məqsədlərinin azyaşlıların zərər görməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirmək olduğunu diqqətə çatdırıblar. Sonda şagirdlərə piyada keçidlərindən necə istifadə etmələri, hansı halda yolu keçmələri, eləcə də digər yol-hərəkəti qaydaları əyani şəkildə izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man