“Formula-2” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli oldu – YENİLƏNİB + FOTO

Gündəm 12 İyun 2022 | 12:26
OXUNUB: 689

Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Avtosfer.az-ın xəbərinə görə, 29 dövrənin yekununda “Prema Racing”dən Denis Hauqer bütün rəqiblərini qabaqlayıb.

12:19

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında növbəti qəza baş verib.

Avtosfer.az xəbər verir ki, “Hitech Grand Prix” komandasından Yuri Vips qoruyucu səddə çırpılıb.

22 yaşlı estoniyalı pilot qəza anınadək birinci pillədə olub.

Açıklama yok.

11:53

“Formula-2” yarışında daha bir qəza baş verib.

Avtosfer.az-ın xəbərinə görə, türkiyəli Cem Bölükbaşı (“Charouz Racing System”) ilə israilli Roy Nissaninin (“Dams”) bir-biri ilə toqquşub.

Onlar yarışdan kənarda qalıb.

Xatırladaq ki, Cem Bölükbaşı dünən sonuncu dövrədə də qəza edərək yarışı tamamlaya bilməmişdi.

 

11:25

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.

Oxu.Az xəbər verir ki, xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.

Yarışın əvvəllərində Olli Koldvell (“Kampos”) ilə Amauri Kordell (“Van Amersfoort”) toqquşub.

Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib.

11:08

Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Avtosfer.az xəbər verir ki, 29 dövrənin yekununda qalib bəlli olacaq.

Qeyd edək ki, sıralama turunda ən yaxşı nəticəni “Hitech Grand Prix” komandasından Yuri Vips göstərmişdi.

“Carlin”dən Liam Louson ikinci, “Prema Racing”dən Dennis Hauger üçüncü olub.

Qeyd edək ki, saat 15:00-da “Formula-1”də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man