Həkim məsləhət gördü, atəş açdılar - VİDEO

12 İyun 2022 | 11:34
OXUNUB: 991

Türkiyədə qəzadan sonra yaddaşını itirən qadın barədə həkimin məsləhətindən sonra yaxınları ona silahla hücum edib.

Avtosfer.az xəbər verir ki, hadisə İstanbul şəhərinin Esenyurt rayonunda baş verib. Belə ki, xidməti avtomobilin arxasında gizlənən şəxs küçədən keçən qadınlara pnevmatik tapançadan atəş açaraq qaçıb. Hadisə zamanı hər iki qadın xəsarət almayıb. Ərazidə araşdırma aparan polis qrupları hadisəni törədən şəxsi yaxalayıblar. Məlum olub ki, hadisə bilərəkdən törədilib. Hücuma məruz qalan qadınlardan biri yaddaşının itməsindən əziyyət çəkib. Yaddaş bərpası üçün həkim “onun şoka düşməsinin lazım olduğunu” deyib. Bu səbəbdən qohumları belə bir plan qurublar. Qadın qohumundan şikayətçi olmayıb.

Mənbə: Hürriyet

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man