Bu magistralda piyada keçidinə ehtiyac var - VİDEO

Gündəm 11 İyun 2022 | 22:15
OXUNUB: 4231

 

Bakı-Qazax magistralınınn Hacıqabul rayonu, Qızılburun kəndi ərazisindən keçən hissəsində piyada keçidinin yoxluğu səbəbindən sakinlər təhlükə ilə üz-üzə qalırlar.

Avtosfer.az-ın məlumatına görə, magistral yolda sürət həddi saatda 110 km/saatdır. Hərəkətin yüksək olduğu ərazidə keçidin olmaması sakinlər üçün təhlükəli vəziyyət yaradır. Yolun kənd ərazisindən keçən hissəsində istər piyada, istərsə də texnika və heyvanların keçməsi üçün hər hansı bir keçid qoyulmadığından dəfələrlə yolun bu hissəində yol-nəqliyyat hadisələri baş verib. Sakinlər qeyd edirlər ki, sözügedən ərazidə dəfələrlə piyadaların ölümü ilə nəticələnən qəzalar baş verib. Ona görə də sakinlər belə halların bir daha baş verməməsi üçün aidiyyəti qurumların tədbir görməsini tələb edirlər. Sakinlərin tələbi budur ki, həmin ərazidə yeraltı və ya yerüstü piyada keçidi inşa edilsin. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, sakinlər rəsmi qaydada müraciət etməlidirlər.  ''Bundan sonra əraziyə baxış keçiriləcək və həqiqətən də orada piyada keçidinin tikilməsinə ehtiyac varsa, bu məsələ aidiyyəti qurumlarla həll olunacaq'',- deyə Agentlikdən bildirildi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man